25 noyabr 2024. Bazar ertəsi

Transferin 25 milyon dollarını bağışladılar!


Transferin 25 milyon dollarını bağışladılar!
Ukraynanın “Şaxtyor” klubu Mixail Mudrikin İngiltərə “Çelsi”sinə transferindən qazandığı pulun bir qismini Ukrayna ordusuna verəcək. Corner.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Belə ki, “Şaxtyor” 22 yaşlı yarımmüdafiəçinin transferindən bonusları da nəzərə alsaq, 100 milyon avro əldə (70 milyon + 30 milyon) edib. Onlar bu pulun bir qismini - 25 milyon dollarını ukraynalı əsgərlərə və onların ailələrinə bağışlayıb.
 
Klubun sahibi, Ukraynalı iş adamı Rinat Axmetov bunu belə şərh edib: “Mudrik karyerasına “Çelsi”də davam edəcək. Hər şeydən öncə Ukraynaya yardım etdikləri üçün bütün mədəni dünyaya təşəkkür etmək istəyirəm. Bu transferdən əldə olunan 25 milyon dollar müharibədəki müxtəlif tələblər üçün xərclənəcək. Bunun üçün xüsusi komissiya yaradılacaq. Əsgərlərimizə sonsuza qədər borcluyuq”.
 
“Şaxtyor” qarşıdakı aylarda “Çelsi” ilə yoldaşlıq oyununda da üz-üzə gəlməyi planlaşdırır. Bu matçda əldə olunacaq gəlirin də əsgərlərə, onların ailələrinə və müharibədən əziyyət çəkən digər şəxslərə ödənilməsi nəzərdə tutulub.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir