AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Türkiyə klubu “1461 Trabzon”u ziyarət edib. Corner.az xəbər verir ki, bu barədə II liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, türkiyəli sabiq hakim Qara dəniz təmsilçisinin düşərgəsində olub. Əslən Trabzondan olan Şimşək “1461 Trabzon”un prezidenti Cəlil Həkimoğlu ilə görüşüb. Klub rəhbəri ona komandanın formasını hədiyyə edib.
Qeyd edək ki, Barış Şimşək ötən ilin iyulunda Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunub.