“Zirə” Türkiyə toplanışı çərçivəsində növbəti yoxlama görüşünü keçirib. Corner.az xəbər verir ki, Bakı klubu “Seqed-Çanad”la qarşılaşıb.
Macarıstan komandası ilə görüş təmsilçimizin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Paytaxt klubunun heyətində yeganə qolunu 34-cü dəqiqədə Toni Qomes vurub.
“Zirə” bu gün daha bir matçda qüvvəsini sınayıb. Rəşad Sadıqovun kollektivi Bakı vaxtı ilə saat 16:30-da “Radniçki” (Serbiya) ilə üz-üzə gəlib. Bu oyunda isə qapılara ümumiyyətlə qol vurulmayıb.
Bununla da bakılıların Türkiyə toplanışı başa çatıb.