- Xəbər news
- 22:34 14.11.2024
“Mançester Siti” klubunun hücumçusu Erlinq Haaland əsas hədəflərini açıqlayıb. Corner.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu əsas məqsədinin Çempionlar Liqasını qazanmaq və milli komanda ilə dünya çempionatında oynamaq olduğunu bildirib.
“Mançester Siti” üçün əsas oyunçu olmaq və kuboklar qazanmaq üçün əlimdən gələni edəcəyəm. Burada məqsədim Çempionlar Liqasını qazanmaqdır. Norveç təxminən 5,5 milyon əhalisi olan çox kiçik bir ölkədir. Amma dünya çempionatı zamanı kiçik ölkələrin komandalarının necə fantastik işlər gördüyünü görmüşük. Ümid edirik ki, 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanacağıq. Milli komanda ilə əsas məqsədim dünya çempionatında oynamaqdır”
Qeyd edək ki, norveçli futbolçu İngiltərə Premyer Liqasının bombardirləri siyahısına başçılıq edir - 21 qol.