- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə İngiltərə kubokunun 1/32 final mərhələsi çərçivəsində keçirilmiş “Vulverhempton” – “Liverpul” görüşündə kuryoz hadisə yaşanıb. Corner.az xəbər verir ki, oyunun gedişi zamanı stadionun işıqlandırma sistemində problem yaranıb.
Belə ki, qarşılamanın startından dərhal sonra irəli atılan meydan sahiblərinin futbolçusu Adama Traore sağ cinahla irəliləyərək, cərimə meydançasına ötürmə vermək istədiyi anda stadionun işıqları sönüb və dərhal da yanıb. Lakin işıqlar yanarkən top artıq meydanı tərk etdiyi üçün “Vulverhempton”un hücumu nəticəsiz qalıb. Bu hadisə futbolçular və azarkeşlər tərəfindən təəccüblə qarşılanıb.
Xatırladaq ki, “Liverpul” bu oyunda 1:0 hesabı ilə qalib gələrək 1/16 finala vəsiqə qazanıb.