- Xəbər news
- 22:11 05.12.2025
Braziliya millisinin futbolçusu Neymar zədələnib.
Corner.az-ın məlumatına görə, 27 yaşlı futbolçu, Qətərlə yoxlama matçının 21-ci dəqiqəsində sağ ayağından zədələnib və məcburi əvəzlənib.Neymar ehtiyat oyunçular skamyasında gözyaşını saxlaya bilməyib və həkimlərin köməyi ilə paltardəyişmə otağına gedib.
Onun Amerika kubokunda iştirak edə bilməyəcəyi müəyyənləşib.
Qeyd edək ki, Amerika kuboku turniri 15 iyun-7 iyul tarixlərində keçiriləcək.
