Fransanın PSJ komandası ilə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Hilal” klublarında forma geyinən ulduz futbolçulardan ibarət oyunu üçün ən bahalı bileti satılıb. Corner.az xəbər verir ki, dünya futbolunun əsas simvollarından olan Kriştiano Ronaldo və Lionel Messinin qarşılaşacağı matça bilet 2,6 milyon dollara satılıb.
Səudiyyə Ərəbistanının daşınmaz əmlak maqnatı Müşref əl-Qəmdi bu görüşün biletini hərracda 2,6 milyon dollara alıb.
İmtiyazlı bilet, digər şeylərlə xidmətlərlə yanaşı, sahibinə oyunçularla şəkil çəkdirmək və soyunub-geyinmə otaqlarına daxil olmaq imkanı verir.