25 noyabr 2024. Bazar ertəsi

Mançester Yunayted'dən qovulacağını hiss etmişdim


Mançester Yunayted'dən qovulacağını hiss etmişdim

“Onun “Mançester Yunayted”dən qovulacağını hiss etmişdim”. Corner.az “Mirror”a istinadən xəbər verir ki, bunu Niderland yığmasının sabiq baş məşqçisi Lui Van Qalın xanımı Truus Van Qal deyib.

O, həyat yoldaşının “Mançester Yunayted” komandasından qovulması haqda fikirlərini bölüşüb.

“Stadionda klubun əfsanələri Aleks Ferqyusson və Bobbi Çarltonla görüşdüyümüz kiçik otaq var idi. Onlar bir gün bizimlə salamlaşmağı dayandırdılar, sadəcə uzaqdan əl etdilər. Bu, qadın intuisiyasıdır. Hiss etdim ki, nəsə var” – deyə, Truus Van Qal bildirib.

Xanım FA Kubokunun finalından sonra Lui ilə aralarında olan söhbətə toxunub: “Dedim ki, Lui səni işdən çıxarıblar. O, çox əsəbiləşdi. “Niyə bayramımı korlayırsan? Bu cəfəngiyyatı dayandır!” dedi. Sonradan mənə zəng edib dedi ki, düz bilirsən. Onun səsi qəribə idi, evə gələndə gördüm ki, ağlayır. Onu qucaqladım. Mənim də gözlərim yaşlanmışdı”.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir