24 oktyabr 2024. Cümə axşamı

Qarabağ Poqon'a məğlub oldu


Qarabağ Poqon'a məğlub oldu
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün daha iki yoxlama görüşü keçirib. Corner.az saytı xəbər verir ki, Azərbaycan çempionu “Çukariçki”ni sınağa çəkib.
 
Ağdam təmsilçisi Türkiyədəki ikinci yoxlama matçında Serbiya klubuna 1:0 hesabı ilə qələbə qazanıb. Komandanın heyətində yeganə qolu 42-ci dəqiqədə Kevin Medina qeyd edib.
 
Ağdam təmsilçisi sonuncu yoxlama oyununda Polşa klubu “Poqon”la qarşılaşıb və 2:4 hesabıyla uduzub. "Qarabağ"ın ilk qolunu 50-ci dəqiqədə Marko Yankoviç vurub. 90+4-cü dəqiqədə isə Abdullah Zubir fərqlənib. Bununla da ağdamlıların Antalya toplanışı başa çatıb.
 
Qeyd edək ki, “Qarabağ” Türkiyədəki ilk yoxlama görüşündə “Rakuv”a (Polşa) 0:3 hesabı ilə uduzub.
 






Xəbər news