1 fevral 2026. Bazar günü

Peşəkarlarla işləməyi sevirəm


Peşəkarlarla işləməyi sevirəm
Karate üzrə milli komandamızın üzvü, dünya və Avropa çempionu, Olimpiya Oyunlarının gümüş medalçısı İrina Zaretska idman mediası ilə bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri İB-in rəsmi saytına açıqlama verən karateçi media ilə münasibətləri haqda bunları deyib:.

“Şəxsi fikri olmayan və hansısa amillərdən asılı olan insanlardan xoşum gəlmir. Buna görə də informasiyanı dəqiq çatdıran daha çox müstəqil jurnalistin olmasını istərdim. İdman hadisələrini izləyən, ekspert rəyi verməyi bacaran, ən xırda nüansları belə görən, istənilən yarışdakı qələbə və məğlubiyyətləri adektvat qiymətləndirməyi bacaran peşəkarlarla işləməyi sevirəm.

Media nümayəndələri baş verən hadisəni işıqlandırır və onu cəmiyyətə təqdim edir. Bununla da insanlarda müəyyən fikir formalaşdırılır. Təbii ki, onlar biz idmançıların da müxtəlif yarışlardakı uğurlarını ictimaiyyətə çatdırırlar.

Azərbaycanda da öz işinə peşəkar yanaşan, vəziyyəti düzgün analiz edən və məlumatı olduğu kimi cəmiyyətə çatdıran idman jurnalistləri var.”






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO