1 fevral 2026. Bazar günü

Qarabağ kimi güclü komandanı məğlub etmək


Qarabağ kimi güclü komandanı məğlub etmək
“Çox uğurlu toplanış oldu. 10 günlük səmərəli iş arxada qaldı. Hər bir yoxlama oyununda yüksək səviyyədə çıxış etdiyimiz üçün şadıq”. Corner.az xəbər verir ki, bunu Polşanın “Poqon” komandasının qapıçısı Dante Stipika Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri yoxlama görüşünü şərh edərkən deyib. 
 
O, klubun saytına açıqlamasında bildirib ki, “Qarabağ” üzərində qələbəyə görə sevinir: “Toplanışı qələbə ilə başa vurmaq sevindirici oldu. Fəxr edirəm ki, bu görüşdə komandamızın bir parçası ola bildim və “Qarabağ”ı məğlub etməyə töhfə verməyi bacardım. Belə güclü rəqibi məğlub etmək ümidvericidir. Ancaq bunlar yalnız yoldaşlıq oyunları idi və liqada rəqabət fərqli görünəcək. Fakt budur ki, biz güclü rəqibləri, ölkələrinin dəfələrlə çempionlarını məğlub etdik və çox yaxşı oyun göstərdik. Əminəm ki, son qələbələr bizdə özünəinam hissini artıracaq. Biz istənilən rəqibin öhdəsindən gəlmək iqtidarındayıq”.
 
Qeyd edək ki, polşalılar “Qarabağ” üzərində 4:2 hesablı qələbə qazanıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO