21 mart 2026. Şənbə

Dadaşovlu Qrasshopper'dən qələbə


Dadaşovlu Qrasshopper'dən qələbə
İsveçrənin "Qrasshopper" komandası yoxlama oyunu keçirib. Corner.az xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi komanda İsveçrənin 2-ci liqasında mübarizə aparan “Şafhauzen”lə qarşılaşıb.
 
Görüş "Qrasshopper"in minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
 
Dadaşov da bu oyunda iştirak edib. O, meydana 2-ci hissədə daxil olub və sonadək mübarizə aparıb.






Xəbər news