21 mart 2026. Şənbə

Azərbaycanlı futbolçu dünyasını dəyişdi


Azərbaycanlı futbolçu dünyasını dəyişdi
İmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Corner.az xəbər verir ki, ötən axşam İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu hamamda dəm qazından zəhərlənib.
 
Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, yeniyetmənin vəfat etdiyi məlum olub.
 
Orta məktəbin 9-cu sinif şagirdi olan Miryusif “İmişli”nin U-16 komandasının qapıçısı olub.
 






Xəbər news