21 mart 2026. Şənbə

Ötən mövsümün hesabatı: Zəngin klublar açıqlandı


Ötən mövsümün hesabatı: Zəngin klublar açıqlandı
Dünyanın ən zəngin klublarının adları müəyyənləşib. Corner.az xəbər verir ki, bu barədə “Deloitte” audit şirkəti 2021-22 mövsümünün hesabatında bildirib.
 
“Mançester Siti” ötən mövsüm 731 milyon avro gəlirlə siyahıya başçılıq edir. İkinci sırada “Real” (713,8 milyon avro), üçüncü yerdə isə “Liverpul” (701,7 milyon avro) qərarlaşıb.
 
Maraqlıdı ki, ilk “20-lik”də yer alan klubların hamısı Avropa təmsilçisidi.
 
1. “Mançester Siti” - 731 milyon avro
2. “Real” - 713,8 milyon
3. “Liverpul” - 701,7 milyon
4. “Mançester Yunayted” - 688,6 milyon
5. PSJ - 654,2 milyon
6. “Bavariya” - 653,6 milyon
7. “Barselona” - 638,2 milyon
8. “Çelsi” - 568,3 milyon 
9. “Tottenhem” - 523 milyon 
10. “Arsenal” - 433,5 milyon 
11. “Yuventus” - 400,6 milyon 
12. “Atletiko” - 393,9 milyon 
13. “Borussiya”, Dortmund - 356,9 milyon
14. “İnter” - 308,4 milyon 
15. “Vest Hem” - 301,2 milyon 
16. “Milan” - 264,9 milyon 
17. “Lester” - 252,2 milyon 
18. “Lids” - 223,4 milyon 
19. “Everton” - 213,7 milyon 
20. “Nyukasl” - 212,3 milyon






Xəbər news