"Neftçi" Türkiyənin Antalya şəhərində sonuncu yoxlama oyununu keçirib. Corner.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın adlı-sanlı "Srvena Zvezda" klubu ilə qarşılaşıb.
Görüş rəqibin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola 4-cü dəqiqədə Nemanya Motika imza atıb.
Qeyd edək ki, "Nefçti" əvvəlki sınaq matçlarında Macarıstanın "Vaşaş" klubu ilə heç-heçə edib, Polşanın "Medz Leqnitsa" kollektivinə isə uduzub.