XXI əsrdə ən çox qol vuran futbolçuların adları müəyyənləşib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2001-ci ildən 2022-ci ilin sonunadək yüksək liqalarda ən çox fərqlənən oyunçuların siyahısını dərc edib.
Cədvəlin birinci pilləsində Kriştiano Ronaldo qərarlaşıb. Portuqaliya millisinin kapitanı ölkə çempionatlarında 498 qolla diqqət çəkib. Ronaldonun ən yaxın izləyicisi olan argentinalı Lionel Messi ondan 11 qol geri qalır.
İlk “20-lik”:
1. Kriştiano Ronaldo (Portuqaliya) - 498
2. Lionel Messi (Argentina) - 487
3. Zlatan İbrahimoviç (İsveç) - 392
4. Luis Suares (Uruqvay) - 364
5. Robert Levandovski (Polşa) - 357
6. Nikolas Munyoz (Panama) - 328
7. Aleksandar Dyuriç (Sinqapur) - 304
8. Joze Alfredo Kastilyo (Boliviya) - 289
9. Ali Aşfaq (Maldiv adaları) - 288
10. Martin Kamburov (Bolqarıstan) - 287
11. Serxio Aquero (Argentina) - 282
12. Samuel Eto (Kamerun) - 282
13. David Vilya (İspaniya) - 280
14. Qonsalo İquain (Argentina) - 279
15. Alvaro Saborio (Kosta-Rika) - 279
16. Uilyams Reyes (Salvador) - 277
17. Edinson Kavani (Uruqvay) - 276
18. Karlos Sausedo (Boliviya) - 276
19. Riys Qriffits (Uels) - 272
20. Kərim Benzema (Fransa) - 269