Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostova azadlığa buraxılıb. Corner.az xəbər verir ki, narkotik vasitələrin dövriyyəsində ittiham olunan dünya və üçqat Avropa çempionu həbsdən çıxıb.
Son bir ili dəmir barmaqlıqlar arasında keçirən 30 yaşlı ağırlıqqaldıran əvvəlcə Plovdivdə 8 ay istintaq təcridxanasında, sonra isə Slivendə daha dörd ay həbsdə olub.
Qeyd edək ki, Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016-2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.