Futbol üzrə İsveçrə çempionatında 17-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Yanq Boyz”u qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Dadaşov 86-cı dəqiqədə sarı vərəqə alıb. Komandasının 90+4-cü dəqiqədə vurduğu qolun ötürməsini də Renat verib.
“Qrasshopper” 17 turdan sonra 20 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.