- Xəbər news
- 22:34 14.11.2024
Uzun illər Türkiyədə və dünyada erməni yalanlarına qarşı mübarizə aparan Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Assosiasiyanın (ASİMDER) dərnək başqanı İrfan Ermiş, ASİMDER fəalları Mete Çakı, Hüseynali Yucel və İSBAM sədri Samir Adıgözəlli, İSBAM icraçı direktoru Şahin Həsənov Qərbi Azərbaycan İcmasında olub, İcma sədri, millət vəkili Əziz Ələkbərli ilə görüşüblər.
İcma sədri qonaqlara Qərbi Azərbaycan İcmasının fəalyyəti ilə bağlı məlumat verib, gələcəkdə erməni yalanlarına və saxtakarlıqlarına qarşı birgə fəaliyyətin detalları müzakirə olunub.
Qonaqlara Qərbi Azərbaycan həqiqətləri ilə bağlı kitablar hədiyyə edilib.
Qərbi Azərbaycan İcmasının Mətbuat Xidməti