- Xəbər news
- 22:34 14.11.2024
Gənclər və idman naziri Fərid Qayıbov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu qəbul edib.
Corner.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, qonağa ölkəmizin gənclər siyasəti və idman uğurları barədə məlumat verilib.
Fərid Qayıbov Azərbaycanla Böyük Britaniya arasında hər iki sahədə əlaqələrin uzun illərdir davam etdiyini, bunun ölkələrimiz üçün də faydalı olduğunu bildirib. Səfir Fergus Auld səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Görüşdə Böyük Britaniya səfirliyinin siyasi məsələlər üzrə ataşesi Abbi Mozervel də iştirak edib.