23 oktyabr 2024. Çərşənbə

AGF-lə AİJ İB arasında tərəfdaşlıq memorandumu imzalanacaq


AGF-lə AİJ İB arasında tərəfdaşlıq memorandumu imzalanacaq

Azərbaycan Gimnastika Federasiyası (AGF) ilə Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi (AİJ İB) arasında yaxın günlərdə tərəfdaşlıq memorandumu imzalanacaq.

Corner.az xəbər verir ki, bu barədə qərar AİJ İB sədri Azər İsmayıl ilə AGF-in baş katibi Nurlana Məmmədzadə arasında keçirilən görüşdə qəbul olunub.

Görüş zamanı bir sıra məsələlər və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. N. Məmmədzadə mediadan gözləntiləri ilə bağlı öz fikirlərini bildirib. Buna qədər hər iki tərəf arasında normal iş münasibətlərinin olduğunu qeyd edib. A. İsmayıl isə jurnalistlərin istəklərini və gələcək əməkdaşlıq imkanlarını baş katibin diqqətinə çatdırıb.

Tərəflər ehtiyac olan bir neçə istiqamətdə qarşılıqlı əməkdaşlıqla bağlı ilkin razılıq əldə ediblər.







Xəbər news