- Xəbər news
- 22:34 14.11.2024
Ukrayna Premyer Liqasının 14-cü turunda keçiriləcək “Lvov” – “Vorskla” oyununda əlamətdar hadisə yaşanacaq.
Corner.az Qol.az-a istinadən xəbər verir ki, yüksək liqa tarixində ilk dəfə bir oyunu qadınlardan ibarət hakimlər briqadası idarə edəcək. Bu komandaların əvəzediciləri arasında dünən keçirilən oyunda da ədaləti xanım referilər qoruyublar.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Vorskla” hazırda yerli çempionatda 21 xalla 4-cü pillədə qərarlaşıb. Poltava təmsilçisi noyabrın 9-da doğma meydanda Ağdam klubunu qəbul edəcək. Bu komandaların Bakıdakı görüşündə qonaqlar minimal hesablı qələbə qazanmışdı.