UEFA və Rusiya Futbol İttifaqının (RFS) nümayəndələri fevralın ilk yarısında növbəti dəfə bir araya gələcəklər. Corner.az xəbər verir ki, tərəflər yenə Rusiya klublarının və milli komandalarının beynəlxalq turnirlərə qayıtmasını müzakirə edəcək.
Budəfəki toplantıda FIFA və Beynəlxalq Olimpiya Komitəsinin yüksək vəzifəli rəsmiləri də iştirak edəcək. FIFA Rusiya komandalarının beynəlxalq arenaya qaytarılmasının tərəfdarıdı.
Qeyd edək ki, UEFA İntizam Komitəsinin bu gün keçiriləcək iclasında Rusiya təmsilçilərinin məsələsi müzakirə olunacaq və cəzanın qüvvədə qalması gözlənilir.