AFFA-nın baş katibi Sərxan Hacıyev Gəncəyə səfər edib. Corner.az xəbər verir ki, bu barədə assosiasiyanın rəsmi saytında məlumat yayılıb.
Hacıyev səfər zamanı Gəncə şəhər stadionunun ərazisində AFFA tərəfindən tikintisi davam etdirilən Futbol Akademiyasına baş çəkib, orada görülən inşaat işlərinin gedişi ilə maraqlanıb.
“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri isə görülən işlər barədə baş katibə ətraflı məlumat verib.