21 mart 2026. Şənbə

Deşamın kiminlə yaxşı münasibəti var?


Deşamın kiminlə yaxşı münasibəti var?

Fransa yığmasının sabiq futbolçusu Emmanuel Petit milli komandanın baş məşqçisi Didye Deşamla bağlı maraqlı açıqlama verib.

Corner.az xəbər verir ki,  52 yaşlı keçmiş futbolçu 1998-ci ildə Fransa millisinin heyətində yer alan futbolçuların heç biri Deşamla ünsiyyət qurmadığını bildirib:

"Deşamın kiminlə yaxşı münasibəti var? Şəxsən mən bilmirəm. Deşam Desayi ilə ünsiyyət qururmu? Bizimlə əlaqə saxlamır və bu, qarşılıqlıdır. Biz susmaqdan, həqiqəti söyləməkdən yorulmuşuq. Deşam kiminlə danışır? Heç kimlə”.

Qeyd edək ki, 54 yaşlı çalışdırıcı Fransa millisi ilə müqaviləsini 2026-cı ilədək uzadıb. Onun rəhbərlik etdiyi komanda 2018-ci ildə dünya çempionu olub, 2022-ci ildə isə dünya çempionatının gümüş medallarını qazanıb.







Xəbər news