26 may 2026. Çərşənbə axşamı

Qarabağ'la oyundan sonra istefa verən məşhur məşqçi


Qarabağ'la oyundan sonra istefa verən məşhur məşqçi

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone 2017-18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la oyunlardakı xal itkilərinə görə istefa veribmiş. Corner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumatda, Bakıda (0:0) və Madriddə (1:1) Ağdam təmsilçisi ilə heç-heçə etdiyi üçün Madrid klubu qrupu 3-cü pillədə tamamlayıb və növbəti mərhələyə vəsiqə şansını itirib. Qrup matçlarının ardından argentinalı çalışdırıcı rəhbərliklə görüşündə istefa ərizəsini verdiyi bildirilib. Lakin rəhbərlik bunu qəbul etməyib və mübarizəni Avropa Liqasında davam etdirən “Atletiko” turnirin qalibi olub.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı