- Xəbər news
- 22:34 14.11.2024
İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Joelinton sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün cərimə olunub.
Corner.az “BBC Sport”a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu avtomobili idarə edən zaman sürət həddini aşıb.
Polislər oyunçunu saxlayarkən onun içkili olduğu müəyyənləşib.
Braziliyalı futbolçu 43 min funt sterlinq cərimə olunub. Bununla yanaşı, oyunçunun bir il müddətinə sürücülük vəsiqəsi əlindən alınıb. Buna görə futbolçu daha 2 min funt sterlinq cərimə ödəyəcək.
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi bundan əvvəl koronovirusa tətbiq olunan karantin qaydalarını pozduğu üçün 200 funt sterlinq cərimə edilmişdi.