İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Brahim Dias vətəndaşlığını dəyişib. Corner.az xəbər verir ki, 23 yaşlı futbolçu bundan sonra Mərakeş millisinin uğurları üçün çıxış edəcək.
O, martda keçiriləcək təlim-məşq toplanışında məhz bu millinin düşərgəsinə qoşulacaq.
Diasın İspaniyanın Malaqa şəhərində anadan olmasına baxmayaraq, onun valideynləri əslən Mərakeşdəndirlər. O, İspaniyanın U-17, U-19 və U-21 komandalarında çıxış edib, 2021-ci ildə isə bu ölkənin əsas komandasında 1 matça çıxıb.