“Neftçi”nin yeni transferi Mateus Saldanya bu keçidlə bağlı paylaşım edib. Corner.az xəbər verir ki, braziliyalı hücumçu xoşbəxt olduğunu bildirib.
23 yaşlı forvard instaqram səhifəsi vasitəsilə Azərbaycan çempionata gəlməyi yeni çağırış adlandırıb: “Yeni çağırış üçün xoşbəxt və motivasiyalıyam. Hər şey Tanrının əlindədi”.
Qeyd edək ki, “Neftçi” Mateus Saldanyanı Yaponiyanın “JEF Yunayted Çiba” klubundan 1 illik icarəyə götürüb.