25 noyabr 2024. Bazar ertəsi

Böyük beşliy'in ən məhsuldar futbolçuları


Böyük beşliy'in ən məhsuldar futbolçuları

Ötən ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatından sonra Avropanın “böyük beşlik” ölkələrinin ən məhsuldar futbolçuları müəyyənləşib.

Corner.az-ın məlumatına görə, araşdırma zamanı oyunçuların daxili birincilik və ölkə kubokundakı göstəriciləri nəzərə alınıb.

Siyahıya İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Markus Reşford başçılıq edir. İngiltərə millisinin 26 yaşlı forvardı DÇ-2022-dən sonrakı 10 rəsmi qarşılaşmada rəqib qapılarına 10 dəfə yol tapıb. İkinci pillədə Mançester şəhərinin digər təmsilçisi “Mançester Siti”nin qolçusu Erlinq Holan qərarlaşıb. Norveçli 8 görüşdə 8 qol vurub.

Fransa millisinin üzvləri Kilian Mbappe və Kərim Benzema hərəyə 7 dəfə fərqləniblər. Lakin Mbappe həmyerlisinə nisbətən daha az oyunda bunu bacarıb.

1. Markus Reşford (“Mançester Yunayted”) – 10 oyun / 10 qol

2. Erlinq Holan (“Mançester Siti”) – 8/8

3. Kilian Mbappe (PSJ) – 5/7

4. Kərim Benzema (“Real”) – 7/7

5-6. Vissam Ben Yedder (“Monako”) – 4/6

5-6. Ademola Lukman (“Atalanta”) – 4/6

7. Eddi Nketia (“Arsenal”) – 6/6

8. Riyad Marez (“Mançester Siti”) – 8/6







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir