İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Qari Nevill “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi Aleks Ferqyusonla “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiolanı müqayisə edib. Corner.az xəbər verir ki, 47 yaşlı veteran futbolçu hər iki mütəxəssisin dahi olduğunu bildirib:
“Qvardiola və Ferqyuson futbol dahiləridir. Bəzən olur ki, böyük mütəxəssislər də eyni üsulla qalib gəlməkdən yorulur və fərqli metodları sınaqdan keçirirlər. Mən bunu Ferqyusonun işində hiss etmişdim. İndi Qvardiolada da eyni mənzərəyə şahidlik edirəm”.
Xatırladaq ki, “Mançester Siti” ispaniyalı baş məşqçinin rəhbərliyi altında İngiltərə Premyer Liqasında hazırda ikinci pillədə qərarlaşıb.