23 oktyabr 2024. Çərşənbə

Messi ilin ən yaxşısı seçildi


Messi ilin ən yaxşısı seçildi
Məşhur “Guardian” nəşri 2022-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib. Corner.az xəbər verir ki, Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi bu ada layiq görülüb.
 
2021-ci ildə sorğuda ikinci yeri tutan 35 yaşlı futbolçu bu dəfə hamını qabaqlayıb. Onun PSJ-dəki komanda yoldaşı Kilian Mbappe ikinci yeri tutub. İlk “üçlüy”ü “Real”ın fransalı forvardı Kərim Benzema qapayıb.
 
Erlinq Haland (“Mançester Siti”) 4-cü, Luka Modriç (“Real”) 5-ci olub. İlk “10-luğ”un digər “sakinləri” müvafiq olaraq Kevin de Bruyne (“Mançester Siti”), Robert Levandovski (“Barselona”), Vinisius Junior, Tibo Kurtua (hər ikisi “Real”) və Məhəmməd Salahdı (“Liverpul”).






Xəbər news