- Xəbər news
- 22:34 14.11.2024
Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu şiddətlə qınayır.
İcmanın mətbuat xidmətindən bildirilib ki, silahlı hücum nəticəsində şəhid olmuş Azərbaycan Respublikasının hərbi qulluqçusu, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindən olan baş leytenant Orxan Əsgərovun ailəsinə, yaxınlarına və xidmət yoldaşlarına dərin hüznlə baş sağlığı verir və yaralananlara şəfa diləyirik.
Elçilərin toxunulmazlığına dair İslam ehkamlarına və beynəlxalq normalarına hörmətsizliyin və xarici dövlətlərin səfirliklərinə xain hücumların İranda ənənəyə çevrilməsi təəssüf doğurur.
İcma tutduğu vəzifəsindən asılı olmayaraq, bu hücumun sifarişçilərinin, təşkilatçılarının və icraçılarının dərhal həbsini və tərəfsiz ədalət məhkəməsinə təslim olunmasını tələb edir.