23 oktyabr 2024. Çərşənbə

Mahirli Dinamo derbidən qalib ayrıldı


Mahirli Dinamo derbidən qalib ayrıldı
Futbol üzrə Xorvatiya çempionatında 19-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Zaqrebin digər təmsilçisi “Lokomotiva”nı qəbul edib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Emreli də bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb.
 
“Dinamo” 19 turdan sonra 45 xalla zirvədə qərarlaşıb.






Xəbər news