26 may 2026. Çərşənbə axşamı

Renatlı Qrasshopper səfərdən 1 xalla döndü


Renatlı Qrasshopper səfərdən 1 xalla döndü
Futbol üzrə İsveçrə çempionatında 18-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Luqano”nun qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
 
“Qrasshopper” 18 turdan sonra 21 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı