23 oktyabr 2024. Çərşənbə

Qərbi Azərbaycan İcmasında Qafan icmasının nümayəndələri ilə görüş keçirilib


Qərbi Azərbaycan İcmasında Qafan icmasının nümayəndələri ilə görüş keçirilib
Qərbi Azərbaycan İcmasında Qərbi Zəngəzurun Qafan şəhər icmasının nümayəndələri ilə görüş keçirilib.

Corner.az xəbər verir ki, tədbirdə Qafan rayonunun müxtəlif kəndlərindən olan nümayəndələr də iştirak ediblər. Görüş Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin rəhbərliyi ilə keçirilib. 

Tədbirdə Qafan rayonu üzrə kənd, şəhər və rayon icmalarının formalaşması, 1988-1991-ci illərdə Qafan rayonundan qovulmuş qaçqınların kəndlər üzrə adlı siyahısının tərtibi ilə bağlı məsələlər müzakirə olunub. 

Qafan-Pirimli İcmasının sədri Oqtay Camalov Qafan şəhəri üzrə İcma sədri seçilib.

Qərbi Azərbaycan İcmasının mətbuat xidməti






Xəbər news