- Xəbər news
- 22:11 05.12.2025
Portuqaliya millisinin və Juventus'un futbolçusu Kriştiano Ronaldo futbolda necə uzun müddət oynamağın sirrləri haqda danışıb.
Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu bununla bağlı deyib: "Hər şey hazırlıqdan asılıdır. 34 yaşım olmasına baxmayaraq, özümü əla hiss edirəm. Ən əsası, sənin başındır. Özünü həvəsli və xoşbəxt hiss etməlisən. Düşünürəm ki, mənim futbol meydanında hələ deməyə sözüm var".
Qeyd edək ki, Ronaldo başa çatan mövsümdə A seriyasında 31 matçda 21 qol vurub, 11 qolun ötürməsini verib.