6 dekabr 2025. Şənbə

Emreli Legiya'da 10 ilin bombardirləri siyahısında yer aldı


Emreli Legiya'da 10 ilin bombardirləri siyahısında yer aldı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli sabiq klubu Polşa "Legiya"sında son 10 ilin bombardirləri siyahısına düşüb.

Corner.az "Sport.tvp.pl" nəşrinə istinadən xəbər verir ki, 2021-ci ildə Varşava təmsilçisində 33 oyunda 11 dəfə fərqlənən 26 yaşlı hücumçunun qol ortalaması 0,33-ə bərabər olub.

Hazırda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən forvard bu göstəriciyə görə 10-cu sıradadır.

Tam siyahı isə aşağıdakı kimidir:

1. Nemanya Nikoliç - 0,64 (55 qol / 86 oyun)

2. Yaroslav Niezqoda - 0,48 (29 qol / 60 oyun)

3. Tomaş Pexart - 0,43 (39 qol / 90 oyun)

4. Marek Saqanovski - 0, 41 (58 qol / 135 oyun)

5. Vladimir Dvalişvili - 0,40 (21 qol / 53 oyun)

6. Daniel Lyuboya - 0,38 (30 qol / 78 oyun)

7. Orlando Sa - 0,36 (15 qol / 42 oyun)

8. Karlitos - 0, 36 (24 qol / 66 oyun)

9. Aleksandar Priyoviç - 0,33 (24 qol / 72 oyun)

10. Mahir Emreli - 0,33 (11 qol / 33 oyun)

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralında keçdiyi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.







Xəbər news