25 noyabr 2024. Bazar ertəsi

Top-5 liqalarda ardıcıl ən çox oyuna çıxanlar


Top-5 liqalarda ardıcıl ən çox oyuna çıxanlar
Avropanın “böyük beşlik” ölkələrində fasiləsiz ən çox oyun keçirən futbolçuların adları açıqlanıb. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) “Top-5” liqalarda ardıcıl ən çox meydana çıxan ilk 3 oyunçunu dərc edib.
 
1966-1979-cu illər aralığında fasiləsiz 442 qarşılaşmada iştirak edən “Bavariya”nın əfsanəvi futbolçusu Zepp Mayer dünya rekorduna malikdi.
 
Almaniya
1. Zepp Mayer (1966-1979: “Bavariya”) – 442 oyun
2. Haynts Simmet (1970-1977: “Köln”) - 259
3. Manfred Bins (1987-1994: “Ayntraxt”) – 246
 
İngiltərə
1. Fil Nil (1976-1983: “Liverpul”) - 365
2. Bred Fridel (2004-2012: “Blekbörn”, “Aston Villa”, “Tottenhem”) - 310
3. Tim Hovard (2007-2013: “Everton”) – 210
 
İtaliya
1. Dino Zoff (1972-1983: “Napoli”, “Yuventus”) - 332
2. Franko Tankredi (1980-1989: “Roma”) - 258
3. Alfredo Foni (1935-1943: “Yuventus”) – 229
 
Fransa
1. Fabyen Kul (1998-2006: “Oser”) - 306
2. Dominik Baratelli (1970-1977: “Ayaçço”, “Nitsa”) - 273
3. Dominik Baratelli (1978-1984: “Nitsa”, PSJ) – 236
 
İspaniya
1. İnyaki Uilyams (2016-2023: “Atletik”) - 251
2. Con Andoni Larranyaqa (1987-1992: “Real Sosyedad) - 202
3. Luis Migel Arkonada (“Real Sosyedad”: 1978-1983) - 188






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir