23 oktyabr 2024. Çərşənbə

Kubokda mübarizəni davam etdirmək istəyirik


Kubokda mübarizəni davam etdirmək istəyirik

"Kubokda mübarizəni davam etdirmək istəyirik".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin və "Qrasshopper"in futbolçusu Renat Dadaşov İsveçrə Kubokunda "Bazel"ə qarşı keçirəcəkləri 1/8 final oyunundan öncə klubun rəsmi saytına açıqlamasında deyib.

24 yaşlı hücumçu kubok matçlarının xüsusi olduğunu bildirib: "Meydanda bütün gücümüzü ortaya qoyacağıq. Yolumuza davam etmək istəyirik. Bu isə yalnız bizi dəstəkləyən azarkeşlərimizin köməyi ilə mümkündür".

Qeyd edək ki, fevralın 1-də keçiriləcək "Qrasshopper" - "Bazel" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.







Xəbər news