2023-cü ilin ilk ayında ən çox qol vuran futbolçuların adları müəyyənləşib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) yanvarın ən məhsuldar qolçularını açıqlayıb.
Siyahıya Əlcəzairin “USM Alger” klubunun formasını geyinən Aymen Mahius başçılıq edir. O, Əlcəzair millisinin heyətində 5 dəfə fərqlənib.
Aktivinə 4 qol yazdıran Vyetnam təmsilçisi “Binh Duonq”un hücumçusu Ten Lin Nquyen ikinci pillədə yer alıb.
4 futbolçu isə hərəyə 3 qol vurub. Bunlar Terasil Danqda (Tailand), Aymen Hüsseyn, İbrahim Bayeş (hər ikisi İraq) və Koloyna Razafindranayvodu (Madaqaskar).