25 noyabr 2024. Bazar ertəsi

Qərbi azərbaycanlıların qaçqın statusuna yenidən baxılması təklif olunur


Qərbi azərbaycanlıların qaçqın statusuna yenidən baxılması təklif olunur
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərov Milli Məclisin yaz sessiyasının ilk iclasında Qərbi Azərbaycandan olan qaçqınların statusuna yenidən baxılması məsələsini qaldırıb.

Corner.Az xəbər verir ki, İcmanın sədri, millət vəkili Əziz Ələkbərov parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxış edib.

Bildiyiniz kimi, dünən Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yaydı.

Müraciətin BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) olmaqla silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılması xüsusilə əhəmiyyətlidir.

İlk dəfədir ki, indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsi bu səviyyədə beynəlxalq müstəviyə gətirilir. Bu Azərbaycan xarici siyasətinin növbəti uğurudur və mən bu uğur münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm.

Mən təklif edirəm ki, Milli Məclisin yaz sessiyasının işlər planına Qərbi Azərbaycan qaçqınlarının statusuna yenidən baxılması məsələsi də daxil edilsin. Elə hesab edirəm ki, qaçqınlarımızın statusu ilə bağlı Qanuna ediləcək dəyişiklik Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına da mühüm töhfə olacaqdır - deyə deputat bildirib.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir