5 dekabr 2025. Cümə

İnsanlar Neymarın imicinə xələl gətirməyə çalışırlar - Verratti


İnsanlar Neymarın imicinə xələl gətirməyə çalışırlar - Verratti

PSG-nin futbolçusu Marko Verratti son zamanlar adı qalmaqallarda hallanan komanda yoldaşı Neymarla bağlı açıqlama verib.

Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, braziliyalı hücumçunu dəstəklədiyini deyib: “Neymar üçün çətin bir dövrdür. Üstəlik, daha vacibi, indi o, zədəlidir. İnsanlar Neymarın imicinə xələl gətirməyə çalışırlar. Bu, doğru bir şey deyil. Ona həsəd aparan və mane olmaq istəyən bir çox insan var.

Bilirəm ki, Neymar dürüst bir insan və futbolla yaşayan futbolçudur”.

Qeyd edək ki, Neymar Parisdə bir qadına təcavüz etməkdə günahlandırılır və polis məsələylə bağlı araşdırma aparır.







Xəbər news