23 oktyabr 2024. Çərşənbə

Ovusu Ferentsvaroş'da qolla debüt etdi


Ovusu Ferentsvaroş'da qolla debüt etdi
Bir neçə gün öncə “Qarabağ”dan ayrılaraq “Ferentsvaroş”la müqavilə bağlayan Kvabena Ovusu Macarıstan komandasında debüt matçına çıxıb.
 
Corner.az xəbər verir ki, qanalı hücumçu "Pakş"a qarşı keçirilən matçın iştirakçısı olub.
 
Ölkə çempionatının 17-ci turu çərçivəsində baş tutan səfər oyunu Ovusu üçün uğurlu alınıb. Belə ki, 65-ci dəqiqədə meydana çıxan 25 yaşlı forvard cəmi 7 dəqiqə sonra rəqib qapısına yol tapmağı bacarıb. Afrikalı futbolçu hesabı bərabərləşdirən qolu vurub. Bundan sonra daha iki qol vuran “Ferentsvaroş” əzmkar qələbəyə sevinib – 3:1.
 
Xatırladaq ki, Ovusu "Ferentsvaroş"la 2.5 illik müqavilə bağlayıb. “Qarabağ” onun satışından 300 min avro qazanıb.






Xəbər news