Vaxtilə “Bakı”da çıxış etmiş futbolçu Jaba “Ankaraspor”da komanda yoldaşı olan Hürriyet Gücerlə sosial şəbəkə vasitəsilə mübahisəsi gündəm olub. Corner.az xəbər verir ki, braziliyalı keçmiş hücumçu türkiyəli oyunçunun “Jaba çox spirtli içki qəbul edirdi”, açıqlamasına reaksiya belə olub.
Jaba spirtli içki içdiyini etiraf etsə də, Hürriyeti sərt şəkildə tənqid etməyi də unutmayıb: “Jaba çox spirtli içki qəbul etsə də, çox qol vururdu. Super performansla hər matçda 2 qol vururdum. Hürriyetdə isə spirtli içki, seks, gecə həyatı olmasa da, qol vura bilmirdi, zəif çıxış edirdi. Sən də eynilə keçmiş “Fənərbaxça”lı Murat kimi idin. Sizin Super Liqada oynadığınıza inana bilmirəm. Siz Braziliyada ancaq həvəskarlar liqasında oynaya bilərdiniz”.
Qeyd edək ki, Jaba 2009-2012 və 2014-2015-ci illərdə “Bakı”nın şərəfini qoruyub.