25 noyabr 2024. Bazar ertəsi

Gənclər dövlət siyasətinin önəmli hissəsidir - Fərid Qayıbov


Gənclər dövlət siyasətinin önəmli hissəsidir - Fərid Qayıbov

“Gənclər dövlət siyasətinin önəmli hissəsidir”.

Corner.Az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Mingəçevirin Gənclər Paytaxtı seçilməsi ilə bağlı təşkil edilən tədbirdə deyib.

Nazir Gənclər günü münasibətilə hər kəsi təbrik edib: “Bu ənənə 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Cənab Prezident İlham Əliyev gənclərlə daim görüşlər keçirib, müxtəlif fərmanlar imzalayıb. Gənclər sahəsi üzrə müxtəlif sənədlər var. Bildiyiniz kimi, bu il Gənclər Paytaxtı Mingəçevir seçilib. İlk dəfə Gənclər gününü paytaxtdan kənarda qeyd edirik. Qərara gəldik ki, bu günü məhz Gənclər Paytaxtında keçirək”.

F. Qayıbov əlavə edib ki, bütün rayonlardan gənclər tədbirə qatılıblar: “Onları burada maraqlı diskussiyalar gözləyir. Günün sonunda isə konsert təşkil olunacaq”.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir