23 oktyabr 2024. Çərşənbə

Qvardioladan başqa hamımız qovulmuşuq


Qvardioladan başqa hamımız qovulmuşuq
“Real”ın baş məşqçisi Karlo Ançelotti futbol məşqçilərinin işi ilə bağlı açıqlaması maraqlara səbəb olub. Corner.az xəbər verir ki, italiyalı mütəxəssis La Liqanın 17-ci turundan təxirə salınmış “Valensiya” ilə oyundan öncəki mətbuat konfransında Cennaro Qattuzonun bir neçə gün əvvəl rəqibin baş məşqçi postundan göndərilməsini belə şərh edib:
 
“Bu, məşqçilər üçün reallıqdır. Qvardioladan başqa hamımız qovulmuşuq. Amma hətta Pep də işləməyə davam edərsə, bir gün o da işdən qovulacaq. Bu mənim karyeramda olub, amma mən hələ də buradayam”.
 
Xatırladaq ki, “Real” “Valensiya” ilə bu gün qarşılaşacaq.






Xəbər news