23 oktyabr 2024. Çərşənbə

Alpaqut Federasiyası Gənclər Günü ilə bağlı tədbir təşkil edib


Alpaqut Federasiyası Gənclər Günü ilə bağlı tədbir təşkil edib

2 Fevral Gənclər günü ilə əlaqədar Yunus Emre Enstitüsü - Bakıda Azərbaycan Alpagut Federasiyası tədbir keçirib.

Corner.Az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə Federasiyanın rəhbərliyi, idarə heyətinin üzvləri, dövlət rəsmiləri, idmançılar, məşqçilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əlamətdar gün münasibətilə təbriklərini çatdıran federasiya prezidenti Qüdrət Nuriyev Gənclər Gününün tarixi haqqında tədbir iştirakçılarına məlumat verib.

Qeyd olunub ki, 2 fevral 1996-cı il Azərbaycan gəncliyinin həyatında yeni dövrün başlanğıcı olub. Müstəqil Azərbaycanın tarixində həmin gün Ümummilli Liderin şəxsən iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirilib. Bir il sonra ilk forumun iştirakçılarının bir qrupu ilə görüşən xalqımızın böyük oğlu Heydər Əliyev, əsas diqqəti keçən bir il ərzində görülmüş işlərin təhlilinə, gənclərlə bağlı əsas problemlərin həllinə yönəldib. Ulu öndərin həmin gün imzaladığı sərəncamla fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başlayıb. Vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilir.

Sonra Alpagut Turan döyüş sənəti üzrə ilin idmançısı, ilin məşqçisi və Alpagut Turan Döyüş sənətinə dəstək olan şəxslər, qurumlar və.s nominasiyalar üzrə təltiflər olunub.










Xəbər news