23 oktyabr 2024. Çərşənbə

Messi dünya çempionu olanda, Ronaldo dəliyə döndü


Messi dünya çempionu olanda, Ronaldo dəliyə döndü
Futbol üzrə Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcinya ulduz futbolçu ilə bağlı maraqlı açıqlaması ilə gündəmə gəlib. Corner.az xəbər verir ki, argenitanlı model, “Netflix”də yayımlanan “I Am Georgina” realiti serialında bunları deyib:
 
“Qətərdəki dünya çempionatında Lionel Messi dünya çempionu olanda, Ronaldo sözün əsl mənasında dəliyə dönmüşdü. O, Kriştianonun (böyük oğlunu nəzərdə tutur) əlindən “PlayStation”ı aldı, oturdu və səhərə qədər Portuqaliya ilə Argentinaya qarşı oynadı. Ronaldo həmin oyunlarda beş və ya daha çox qol fərqi ilə qalib gəldi”.
 
Bildirək ki, Ronaldonun əzəli rəqibi olan Lionel Messinin də kapitanlıq etdiyi Argentina millisi Qətərdəki mundialın finalında Fransa yığması üzərində çətin qələbə qazanaraq dünya çempionu olub. Kristianolu Portuqaliya yığması isə DÇ-2022-nin 1/4 finalında Mərakeşə uduzaraq mübarizəni dayandırmışdı.






Xəbər news