2023-cü ilin ilk ayında dünyada ən çox qol vuran futbolçular müəyyənləşib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün rəsmi oyunlarda fərqlənən oyunçuları sıralayıb.
Hazırda ilin ən məhsuldar oyunçusu Uelsin TNS klubunun üzvü Deklan Makmanusdu. Şotlandiyalı futbolçunun aktivində 8 qol var. Makmanusu 7 topla 9 oyunçu izləyir. Onların arasında “Fənərbaxça”lı Enner Valensiya və “Mançester Yunayted”li Markus Reşford da var. “Beşiktaş”ın forvardı Cenk Tosun, “İnter”in argentinalı qolçusu Lautaro Martines kimi tanınmış simalar aktivlərinə 6 qol yazdırıb.
Viktor Osimxen (“Napoli”), Vissam Ben Yedder (“Monako”), Riyad Mahrez (“Mançester Siti”), Kərim Benzema (“Real”) və Aleksandr Lyakazett (“Lion”) və Kilian Mbappe (PSJ) 5 qol vuranlar sırasındadı.